İncə bel illüziyası

Yəqinki dəb həftələrini izləyən modabazların gözündən korset kəmərlər  qaçmadı.Orta əsr və Viktorian dövrünün vazgeçilməz detalı korsetlər 2017 yaz/yay trendinə çevrilib.

Keçmişdə korsetlər bədənə qüsursuz quruluş vermək üçün geyimlərin altından geyinilərdi.  Bu gün isə tam əksinə korset kəmərlər geyimlərin üzərindən geyinilir və fərqli tərz yaradır.

Bədənə qum saati forması verən korset kəmərlər belin incəliyini ortaya çıxarmaqla yanaşı qüsursuzluğunu vurğulayır,ombanı ön plana çıxarır . Bu kəmərlər ayaqları olduğundan uzun göstərdiyi üçün balaca boy xanımların sevimli aksesuarına çevrilib.

Korset kəmərləri böyük bədən t-shirt-lərdə, palto, kostyum hətta ziyafət geyimlərində belə istifadə edə bilərsiniz.

Sona Hüseynova