Dinamik saçaqlar

Saçaqlar bir neçə ildir ki, modada öz yerini qoruyub, saxlayan detallar arasındadır.Saçaq detalı əlavə olunmuş geyimlər və aksesuarlar hərəkətli görsənir.İstənilən yaş qrupundan xanımın rahatlıqla müraciət edə biləcəyi bu detal görünüşə gənc hava qatır.

Saçaqlar ətəklərdə daha gözəl görünür. Belə bir ətək geyinən zaman əlavə heç bir aksesuara ehtiyac duyulmur.

Saçaqlar qadın bədəninin nöqsanlarını gizlədir. Bələ ki, bədəniniz idealdan uzaqdırsa,saçaq sizin üçün mükəmməl seçimdir.

Əgər saçaq trendinə ayaq uydura bilmirsinizsə,  saçaq detalı olan bir çanta götürərək və ya saçaqlı aksesuarla geyiminizə hərəkət qata bilərsiniz.

Sona Hüseynova