Sərhədsiz bloger Danielle Vanier

30 yaşlı böyük bədən model və bloger olan Danielle Vanier 2013-cü ildə öz bloqunu yaradır və artıq 80 000 dən çox izləyiciyə sahibdir.

Danielle böyük bədən ölçülü olmasına baxmayaraq, demək olar ki, hər tərzdə obraz yaradır.Böyük bədən xanımlar bəzi paltarların  onlara uyğun olmadığını düşünürlər. Lakin Danielle cəsarətlə həmin geyimlərdən kombinlər edərək izləyicilərində “woow!” effekti yaradır. Məsələn, üfüqi cizgili və ya iri damalı  paltarların bədəni olduğundan daha  çəkili göstərdiyini hamımız bilirik.  O isə belə geyimləri məharətlə geyinərək, bildiyimiz bütün stereotipləri qırmağı bacarır.Həm də çox yüksək bacarıq və zövq ilə.

Look-larında tez-tez çiçək printlərindən , dəri və ya cins gödəkçələrdən , crop-toplardan , “animal-print” və ya  ağ-qara cizgili geyimlərdən istifadə edir. Bəzən çılğın çəhrayı rəngləri qarışdıraraq,bəzən də açıq şaftalı tonlarını seçərək, yaratdığı kombinlərdə “fransız şıklığı” ilə izləyicilərini özünə heyran buraxmağı bacarır.İstər klassik geyimdə, istərsə də idman üslubuna müraciət edən Danielle hər zaman tərzli görünür.

“Ruh halı ilə geyinən” modabaz iri eynəklər, yaxa broşları , kəmər və ya rəngli üzük dəsti seçərək obrazını məharətlə tamamlayır.

Sevil Sayılova