“Erni kamera qarşısında buqələmun kimidir”…

Hər şey Ernestine Stollberg-in yaşadığı Vienna şəhərində  yerləşən “Park” adlı butikdəki balaca iti görməsi ilə başladı. Erni butikə girib iti oynatmaq istəyir. Butikin sahibi Ernestine-nin şəkillərini öz telefonuna çəkir və diqqət edir ki, o çox fotoqenikdir.

Və təklif edir ki, Erni, butikdə satılan geyimlərlə obrazlar yaratsın və butikin instagram səhifəsinə yerləşdirilsin. Ernestine razı olur. Və budur… 95 yaşlı xanım artıq “Park” butikinin simasına və  instagramın fenomeninə çevrilir., “Vogue” kimi məşhur jurnallar öz  səhifələrində bu yaşlı xanım haqqında məqalələr yazır.

Erni kamera qarşısında buqələmun kimidir, eleqant, ekstravaqant, ultra dəbli geyimlərdə hər obraza uyğun dəyişməyi bacarır. “Park” butikinin sahibi Markus Strasser Ernestine haqqında belə deyir: “ Mən ona eleqant bir şeylər geyindirəndə o, dərhal eleqant görüntülü pozlar verir. Əgər ultra dəbli obraz yaradırıqsa, həmin obraza uyğunlaşır və mənim ona deməyə heç bir sözüm qalmır”.