Tropical Print – trendi

Bu sezon  kolleksiyalarda təbiətdən ilhamlanan printləri tez-tez görürük.

Tropikal naxışlar yay  ab-havasını ən yaxşı əks etdirən trendlərdən biridir.Sitrus meyvələr, iri yarpaqlar,palmalar əks olunmuş giyimlər ilə həm gündəlik həm də gecə obrazınızı rəngləndirə bilərsiniz.  Donlar, şalvarlar, şortlar bu sezon təbiətin yaşıl rəngləri ilə rənglənir.Geyinərkən diqqət edin ki,sadəcə bir parçada bu naxışdan istifadə olunsun ,kombininizdə qarışıqlıq yaranmasın.

Tropikal naxışlı parçaları  daha sadə rənglərlə, ağ və pudra tonlarıyla istifadə etmək məqsədəuyğundur.

Bu sezon çimərliklərdə də tropikal naxışlara tez-tez rast gələciyik.Tropikal naxışlı çimərlik geyimlərini həsir çantalar və şlyapalarla tamamlamaq olar.

Zəhra Həsənli