2017 Papaq Trendləri hansılardır?

Yaz-yay 2017 papaq trendlərində fərqli stillər ilə rastlaşırıq. Papaqlar günəşdən qorunmaq üçün yaz-yay sezonunun vacib bir parçasıdır ,həm də lookları tamamlayan vacib bir aksesuardır. Bu sezon sport tərzli, tətil üçün istifadə edəcəyiniz, trend olacaq mükəmməl papaq trendləri dizayn edilmişdir. Papaqları düzgün rənglər,modellər ilə seçdiyimizdə xanımların gözəlliyini üzə çıxarır.

Bu il trend olacaq papaq modelləri əsasən həsir şlyapalar, tüllü şapkalar və sport keplərdir.Həsir şlyapalarla zəhmətsiz şık görsənmək mümkündür. Tətildə daha çox istifadə olunacaq modern və ekzotik stilli həsir şlyapalar yay sezonun ən çox sevilən modelidir.

Bu sezon keplər də trendlər arasındadır. 80-ci illərdə bu papaq modelindən tez-tez istifadə olunurdu. Chanel,Elie Saab,Moschino,Versace brendləri kolleksiyalarında bu modelə yer ayırmışdır. Sport görüntüsü olan bu şapkalarda qara,mavi,qırmızı tonlarına yer verilmiş və naxışlarla zənginləşdirilmişdir. Tüllü şapkalar daha çox qotik bir hava verir.Müxtəlif məşhur markalar kolleksiyalarında tüllü şapkalara yer vermişdir.

 

Zəhra Həsənli