Karl Lagerfeldin Muzası-Lily Rose Depp

“ Chanel həmişə mənim həyatımın bir parçası olmuşdur!” …bu sözlər, “Vogue” jurnalına müsahibə verən 18 yaşlı gənc xanıma – Lily Rose Depp-ə məxsusdur. O, son iki ildə Karl Lagerfeld-in muzasına, Chanel moda evinin simasına çevrilməyi bacardı.

Lily 2015-ci ildə Chanel-in “Pearl” eynək kolleksiyasının reklamı ilə məşhurlaşır. Daha sonra moda evinin gənclər üçün nəzərdə tutduğu “Chanel N○.5  l’ Eau” ətrini reklam edir. Chanel brendinin siması olan Lily,dəfələrlə podiuma da çıxmışdır.

Demək olar ki, bütün qırmızı xalı və Fashion Week-lərin sevimlisi və cəlbedici ulduzuna çevrilən Lily-nin  həqiqətən özünəməxsus tərzi var. Gündəlik həyatında yaşına uyğun cool casual tərzdə geyimlər- cins, crop-top, idman ayaqqabıları, hudi seçərkən, ziyafətlərdə isə tam əksi, qadınsı və eleqant tərzi ilə kameralar önünə keçir . Bəzən yaşının kiçik olmasına baxmayaraq, gecə obrazlarını qiymətli zinət əşyaları ilə vurğulayan Lily Rose, tənqidçilərin diqqətini öz üzərinə yönəldir.Bəzən də unisex qarderobdan qara şalvar, ağ köynək, qalstuk və obrazın sərtliyini yumşaldan çəhrayı satin ayaqqabı seçərək “fransız şık”lığını vurğulayır.

 

Bu il keçirilən 70-ci Cannes film festivalında Chanel brendindən olan çəhrayı libasda Lily, olduqca zərif görünürdü. Eyni ziyafətə geyindiyi qızılı işləməli ağ əlbisədə isə sadəcə möhtəşəm idi.  Onu da qeyd edim ki, Johnny Depp və Vanessa Paradis-in qızları olan Lily Rose bir neçə filmə də çəkilmişdir.

Sevil Sayılova