Ton sur Ton nədir?

Moda termini “Ton sur Ton” son günlərin ən sıx istifadə olunan terminlərindəndir.2017-ci ilin trendləri arasına daxil olan bu geyim tərzi Ton sur Ton nədir?

 

Fransız sözü olan “Ton sur ton” tək rəngin fərqli çalarlarının bir kombində istifadə edilməsidir.Bu asan görünsə də əslində çətin kombin olunan bir geyim tərzidir.Rəngin tonları mütləq bir -birinə uyğun və ahəng içində olmalıdır.

Bu trend, eyni rəngin eyni tonunu hər paltarda istifadə etmək deyil; bir rəngin fərqli ahəngini öz kombinlərinizdə düzgün istifadə etməkdir.Ümumi görünüşünüzü makyaj və aksesuarla tamamlaya bilərsiniz.

Zəhra Həsənli