Skort nədir?

Son vaxtlar küçə dəbində tez-tez qarşımıza çıxan skortlar bu ilin trendlərindəndir. Bəs “skort” trendi nədir?

Skirt və Short’ sözlərinin birləşməsindən yaranan bu söz,  ətək görünüşlü şortlara deyilir. Skortlar əsasən, 90-cı illərdə trend olmuşdu. Dəb bildiyimiz kimi geri dönür və təkrarlanır.

2017 -ci ildə yenidən trend olan skortlar rahatlığına görə qısa zamanda moda sevərlərin qarderobunda yerini aldı.Küçə dəbinə baxdığımızda sıx rast gəlinən skortlar bu ilin ən çox sevilən trendləri arasındadır.

 

Zəhra Həsənli