Saçlarınıza qızılı toxunuş

Saçlarınıza qızılı toxunuş

2017-ci ilin saç trendi dağınıq hörüklər,80-lər tərzi saç düzümü, saçaqlı saç aksesuarları ilə önə çıxır. Hollywood ulduzlarının sevimli stilisti  Adir Abergel saç aksesuar markası olan ”Lelet NY” üçün dizayn etdiyi qızılı və gümüşü saç aksesuarları əsl sənət əsəri oldu.Qırmızı xalıya çıxan ulduzların saçlarını bəzəyən eleqant və mürəkkəb quruluşlu bu aksesuarlar izləyici kütləsini heyran buraxdı. Emma Watson, Emily Clark, Lily Collins, Lupita Nyongo kimi ulduzların saçlarına valehedici və sirrli görüntü verərkən publikada da “ woow” effekt yaratdı.

Çox keçmədi ki, yaranan marağı nəzərə alaraq Adir Abergel  bu möhtəşəm bəzək əşyalarını geniş müştəri kütləsinə təqdim etdi. İndi artıq biz də bu gözəl bəzək əşyalardan yararlanaraq ziyafətlərin ulduzuna çevrilə bilərik. Daha çox party-look üçün nəzərdə tutulan bu aksesuarları günlük geyimlər ilə kombinləyərək obraza xoş və maraqlı görüntü vermək olar.Cins və ağ t-shirdən ibarət sadə günlük look-u belə aksesuar vasitəsilə canlandıraraq istənilən tədbirə uyğun obraz yaratmaq olar.

Sevil Sayılova