Moda həftələrindən ayaqlarımıza sevgilə…

Moda həftələrində ayaqqabı tərzləri bizi həyəcanlandırdı.Fərqli dizayn edilmiş, logolu, naxışlı ayaqqabılar nümayiş olundu.
2017 ayaqqabı trendlərində fərqli dizayn olunan ayaqqabılarda var idi.
-Platforma ayaqqabılar.Monoxromik naxışlardan istifadə olunan platformalar bu il trendlər arasında öz yerini almışdır. Podyumda da qabağımıza çıxan möhtəşəm ilan dərisi donlar ilə platformalar çox yaxşı kombin edilmişdi. Miu Miu,Salvatore Ferragamo kimi brendlər öz kolleksiyalarında platformalara yer vermişdir. Bu ilin trend ayaqqabılardan biri də,incə topuqlu stilettolardır. Bu stilettolar istənilən uzunluqda ətəklə kombinlənə bilər.
-Dairəvi topuqlu ayaqqabılar.Fərqli və xoş görüntüsü olan dairəvi topuqlar 2017 ayaqqabı trendinin geometrik stillərinə aiddir.
-Parçalı Platforma trendi.Düz daban və topuqlu platforma 2017 yay ayaqqabı trendlərindəndir.Gucci ve Balmain kimi markaların seçimi də bu ayaqqabılar oldu.Bu yay ən çox parlaq ayaqqabılara üstünlük verilir.Bu ayaqqabılar gecə və gündüz rahatlıqla istifadə edilə bilər.
Zəhra Həsənli