Trendin ən çılğın halı

2017-ci ilin dəb tendensiyalarıdan biri də alt paltarını üstdən geyinmək trendidir. Nə qədər çılğın səslənsə də, modelyerlər bu trendi artıq qarderobumuza salmağı bacardı. Alexander Wang, Dolce & Gabbana, Stella McCartney, Alexander McQueen və başqa markaların kolleksiyalarında belə geyimləri görmək olar.Elə isə biz də bralett və gecəlikləri artıq cəsarətlə öz qarderobumuza əlavə edə bilərik.

Bu detalları qarderobun istənilən geyimləri ilə mix etmək olar. Bralettlər T-shirt, qalın sviter, klassik köynək, əsgər gödəkçələri və başqa geyimlərlə olduqca effektli kombinlənə bilən detallardır.Büstye sadə ağ T-shirt,cins şalvar, dəri gödəkçə, kürək çantası,kobud əsgər botları, batilyon və ya idman ayaqqabısı ilə tamamlandıqda grunge style yaranır.

Bralett və gecəlik, obrazda olan digər geyimlərlə eyni tonda, fakturada olmaq məcburiyyətində deyil. İstənilən rəngdə və formada olan braleti oversize  köynəklə,romantik top-la, pencəklə, yüksək boğazlı sviterlə və başqa geyimlərlə kombinləmək olar.Gecəlik donlara bleyzer pencək, enli kəmər və eleqant  batilyon əlavə edərək ofis look halına gətirə bilərik.İpək parçalı gecəlik donlar klassik, cins, dəri şalvarlarla da effektli kombinlənə bilən detaldır.

Soyuq aylarda bu geyim daha qalın parçalardan seçilərək mövsümə uyğun hala gətirilir.

Sevil Sayılova