2017-də günəşdən dəblə qorun

Günəş eynəkləri istənilən mövsümdə xanımların sevimli aksesuarıdır. Lakin yayda sadəcə aksesuar yox,həm də günəşdən qorunmaq üçün bir vasitədir. Bu yay günəşin keyfini çıxartmaq üçün fərqli və klassik günəş eynəklərinin hamısı bir aradadır.
Bir neçə ildir rock tərzi eynəklər dəb olmağa davam edir. Rock tərzi olaraq çərçivəsiz,geometrik dizayn edilmiş eynəklərə üstünlük verilir.”X-Men” və “James Bond” kimi filmlərdə istifadə olunan füturistik eynəklər də 2017 eynək trendləri arasına daxil olmuşdur.Çox şık və incə kənarlı çərçivələr və qalın şüşələrdən istifadə edilmiş eynəklər bu ilin sevimlilərindəndir. Hətta çərçivəsi işləməli olan modellər seçərək daha diqqət çəkici ola bilrsiniz.
Roberto Cavallinin kolleksiyasında nümayiş olunan plastik çərçivəli eynəklər tezliklə bütün modabazların kombinlərini tamamladı.Müxtəlif geometrik formalı – üçbucaq,beşbucaq və kəpənək formalı eynəklər ekstravaqant görünməyi sevənlərin seçimi olmuşdur.
İstər dəfilələrdə, istərsə də mağazalarda ən çox rast gəlinən model, şübhəsiz sarı və mavi şüşəli eynəklərdir.İstənilən yay trendləri ilə uyğunlaşan bu eynəklər istənilən formada təqdim olunur.
Bu yay təqdim olunan eynək seçimləri ilə istədiyiniz kombini tamamlaya bilərsiniz.
Zəhra Həsənli