Dəb artıq bizi əvvəlki kimi heyrətləndirmir”…

Dəb artıq bizi əvvəlki kimi heyrətləndirmir.Demək olar ki, kəşf olunacaq bütün yeniliklər nümayiş olunub. Moda özünün “retrofuturistik” dövrünü yaşayır.Dəbdə olan hər bir geyim bizdə nostaljik hisslər yaradır. Keçmiş trendin günümüzə gəlməsinin müsbət tərəfləri çoxdur.Ötən illərin geyim tərzi ilə müasir zamanın trendlərinin birləşməsi  maraqlı və həyəcanverici look-ların ortaya çıxmasına səbəb olur. Maraqlı görüntü verən look-lardan biri şalvar üstündən ətək və ya əlbisə trendidir. Bu trendə dəb həftələrində, qırmızı xalı ziyafətlərində hətta street-style look-larda da tez-tez rast gəlinir.

Sadəcə  bədən ölçünüzə və geyimdə rəng tonlarının sintezinə fikir verməklə, istədiyiniz şalvar-ətək kombini edə bilərsiniz.Ofisə pencək-ətək-şalvar kombini edərək fərqli look yaratmaq olar. İsti yay günlərində yüngül pambıq donla kətan şalvar geyinərək də dəbli görünmək mümkündür.

Ziyafətlərə dəri şalvar və şifon ətəklə qatıla bilərsiniz.Cins şalvar və plise ətək gündəlik görünüşünüzə maraqlı hava qatacaq. Oversize köynəklə kombin edilən şalvar və ətəklə qatbaqat geyim obrazı yaratmaq olar. Klassik qara şalvarı futlyar ətək və ya parıltılı əlbisə ilə kombinləyib hətta ziyafətlərdə də iştirak edə bilərsiniz.

Qısa boylu xanımlar oxşar fakturalı və ya  eyni rəng tonlarında şalvar və ətək seçərək kombinin boyu kəsməsindən qaça bilərlər. Müvafiq aksesuarlarla tamamlayaraq şalvar-ətək kombininə individuallıq və müasir görüntü verib həyatınızın  istənilən anında tərz görünə bilərsiniz.

Sevil Sayılova