2018 Ayaqqabı trendi

2018 Ayaqqabı trendi

2018 ayaqqabı trendinə baxdığımızda rəngli ayaqqabılara bu sezon daha çox  üstünlük verildiyi  görürük. Ayaqqabılarda artıq rəng seçimləri çox vacib hala gəlmişdir. Məxmər ayaqqabıların geri qayıtdığını deyə bilərik. Dries Van Noten brendinin inanılmaz, topuqlu, çox maraqlı ayaqqabı modelləri vardır. Dolce & Gabbana brendinin 2018 üçün hazırladığı daima zəngin və fərqli model ayaqqabıları ilə dəfilələrdə seçildi. Karl Lagerfeld’in Chanel üçün hazırladığı botları da, bu sezon çox seviləcək kimi görünür. İndi isə, 2018 ilinin ayaqqabı trendlərinə baxaq:

1.Rəngli Topuqlar
Ayaqqabılar normal bir rəngdə, fərqlilik isə, topuqlarda. Topuqların rəngləndirilməsi daha gözəl görüntünü üzə çıxarır. Azda olsa bir-birinə uyğun rənglər görüntünüzü daha da fərqli edəcəkdir. Gözlərimiz artıq ayaqqabıların topuqlarında olacaq….

2.Parlaq Daşlı Botlar
Bu botlara parlaq daşlarla naxış işləmələr əlavə edilmişdir. Bu formada olan botları seçim edərək hər getdiyiniz yerdə  diqqətləri üzərinizə çəkə bilərsiniz….

 

 

 

 

 

 

 

 

3.Qızılı Rəng Botlar
Dəfilələrdə sarı rəng və çalarlarını çox gördük. Qızıl sarısı ən çox istifadə olunandır. Stil olaraq çox da fərqli bir model olmadığını da, qeyd edək. Bu formada olan ayaqqabılara Genny brendi öz kolleksiyasında yer ayırmışdır.

4.Neon Rəngli Ayaqqabılar
Neon rəngli saçları son vaxtlar çox görmüşdük. Bu dəb saç rəngi olaraq qarşımıza çıxmışdı. Saçlardan sonra ayaqqabı rəngi olaraq da, bu sezon çox görəcəyik. Bu rəng parlaqlığı ilə çox diqqət çəkir. Klassik rənglərdən sıxılmısınızsa,cəsarətinizi yığıb bu rəngdə olan ayaqqabıları seçin.

5.Qara-Ağ Rəngli Klassiklər
Fərqli rəngli klassik dizayn olunan ayaqqabılar yenə dəbdədir. Sadəcə, ayaqqabının uc hissələrini fərqli rənglərlə uyğunlaşdırmaq fikri yaradıcı gəldi. Həmişə qara və ağ rəngin uyğunluğuna çox güvənirik. Ayaqqabı model olaraq hər getdiyiniz yerə uyğun olacaqdır.
Gündəlik də istifadə edə bilərsiniz.

6.Corab Tərzində Botlar
Corab kimi uzanan bu botlar görünüşü ilə çəkici, şık bir hava qatır stilinizə.
Rəng olaraq isə, corab rənginə oxşar tonların seçilməsi də, vacibdir. 2018-ci ilin girməsi ilə birgə bu botlar çox trend olacaq…

7. Əyri Topuq Ayaqqabılar
Bu sezon  topuğa azca əyrilik verilərək dizayn olunmuş ayaqqabılar  xarici görünüşünüzə fərqlilik qatacaq. Zərafət və estetikanın bir yerdə olduğu nadir ayaqqabı tərzlərindəndir deyə bilərik..

8. Məxmər Ayaqqabılar
2017 ilində başlayan məxmər trendi artıq ayaqqabılarda! Məxmər trendi paltarlardan sonra ayaqqabılara da, keçid etmişdir. 2018 ayaqqabı dəbi içərisində məxmər tərzlər çox qabaqdadır.Parıltısı və zərif görünüşü ilə seçilən məxmər ayaqqabıları bu sezon sıx görəcəyik..

9.Sərt Dairəvi Uclu Ayaqqabılar.
Victoria Beckham’ın ayaqqabı dizaynları arasında çox istifadə olunmuşdur. Öz kolleksiyasında bu ayaqqabılara geniş yer vermişdir. Sərt dairəvi uclu ayaqqabılar sizin stilinizə fərqli bir görünüş qata bilər, həm də özəl günlərdə də, istifadə edə bilərsiniz..

10.Çiçək naxışlı Botlar
Daha çok yaz aylarında gördüyümüz çiçəklər artıq qışda da, həyatımıza daxil olur.Rəng və görünüş olaraq fərqli göründüyünü deyə bilərik. Enerjili, fərqli bir xanımsınızsa, bu görüntü sizə uyğun olacaqdır. Qış günlərini hərəkətləndirəcək bir seçimdir. Fərqli naxışlı və rəngli modelləri də, seçə bilərsiniz..

Zəhra Həsənli