Evdən çıxarkən yorğanınızı unutmayın

Qışın ən populyar və dəbli geyimlərindən biri  əlbəttə ki, oversize gödəkçələrdir. Dəbli olması ilə yanaşı olduqca isti və rahat olan bu gödəkçələr məhşur ulduzların da ən sevimli geyimidir.

Bəzən həcmli görünüşü digər geyimlərlə çətin kombinlənəcəyini düşündürür. Lakin bu belə deyil. Demək olar ki, bütün geyimlərlə, istər klassik, istər sport, istərsə də gecə geyimləri ilə rahatlıqla kombinlənə bilər. Oversize gödəkçələri seçərkən uzunluğu və həcmi sizi qorxutmasın. Fərqli ölçüdə, fakturada və rənglərdə olan gödəkçələr istənilən zövqə uygun gələcək.

Gödəkçələrin çiçək printli əlbisə və ağır bot ilə kombini olduqca effektli görünür. Qısa oversize gödəkçələrin qalın parçalı midi ətəklə birləşimi uğurlu variant ola bilər. Geyinməyə alışdığımız cinslə yanaşı vinil şalvarlarla da kombinlənsə daha çılğın və ultra dəbli görüntü verəcək.Pastel tonlarında puxovik, eyni çalarda klassik şalvar və sviter ilə ton sur ton kombini dəbli, rahat və isti olacaq.

Diz üstü çəkmələr,konvers tipli ayaqqabılar, klassik stilettolar. Heç fərq etməz.. Cəsarətlə istənilən ayaqqabını seçib, sevimli gödəkçənizlə uyğunlaşdıra bilərsiniz.

Qarderobun hər bir detalı ilə demək olar ki, uğurla kombinlənir. İri bəzək əşyaları, mexli çantalarla,kepka və beretlərlə, dəbli günəş eynəkləri ilə tamamlayın!  … Məxməri fakturalı gödəkçə ilə kokteyl əlbisəsi gecə dəvətləri üçün ideal seçimdir. Obrazınızı incə gecə ayaqqabısı ilə tamamlamaqdan qorxmayın. Məxməri və incə ayaqqabılar bir-birilərini çox gözəl tamamlayır.

Sevil Sayılova