Makiyaj trendlərində bu mövsüm nələr var?

Peşəkar vizajistlərin bu il üçün bizə təqdim etdikləri makiyaj trendləri olduqca fərqlidir. Və deməli hər bir zövqə uyğundur!

Moda həftələrində  Fendi,  Marc Jacobs, Jil Sander, Jason Wu, Lanvin, Christian Dior, Tory Burch və digər brendlərin dəb sərgilərində önə çıxan qara göz makiyajı oldu. Klassik incə xəttlərdən tutmuş, buğulu və ya daha avanqard göz makiyajına kimi intensiv rənglənmiş gözlərlə qarşılaşdıq. Bu il vizajistlər daha cəsarətli olub,  vurğunu alt göz qapaqlarına  etməyi tövsiyə edir. Bu tərz makiyaj baxışları daha cəsarətli edəcək.

Digər bir üsul isə göz altına aydınlatıcı  tətbiq olunmasıdır. Bu makiyaj göz altına xəfif nəmli parıltı verməsi ilə yanaşı üzü dincəlmiş göstərəcək. Off White vizajistləri tərəfindən təqdim olunan bu üsul bəzi göz altı qüsurları olan xanımların ürəyincə olacaq.

Eləcə də, gözləri əlvan və parıltılı göz kölgələri ilə rəngləmək dəbdə olacaq. Çox az makiyajdan istifadə edənlər sadəcə rəngli göz qələmi ilə də kifayətlənə bilərlər.

2018-ci ildə vizajistlər  “çəhrayı yanaqlar” sezonunu açıq elan etdilər. Altuzarra, Marchesa, Ports 1961 dəb nümayişlərindən bəlli oldu ki, bu il yanaqlarımız çəhrayının bütün tonlarında parlayacaq.

Dodaq boyaları nəmli və həssas görüntüləri ilə diqqət çəkir. Xüsusən də Giambattista Valli, Kenzo, Chapurin yaz-yay 2018 göstərilərində bu detal daha çox vurğulanmışdır.Vizajistlər bu il dodaq boyalarını qələmsiz çəkilməsinin tərəfdarıdırlar.

Üz tonları xanımların arzusuna və dəri tipinə əsasən “gym skin”, mat, farfor effekli makiyaj trendləri bu il də öz aktuallığını qoruyur. Şübhəsiz sağlam görüntülü üz dərisi makiyajın əsas təməlidir.

Sevil Sayılova