Eleqant stil

“Elegant” sözünün mənası “zərif, incə, nazik, kübar” deməkdir. Tarixə baxdığımızda, 1950-ci illərdə eleqant stil məşhur olsa da, indiki dövrdə bu stili mənimsəyən insanlar az tapılır.
Eleqant geyim stilinə sahib olan xanımlar: sadə və az rənglər ilə kombin oluna bilən, klassik kəsimli ətək, don, köynəklər və şalvarlar, “vintage” detallar, güpür, ipək kimi keyfiyyətli parçalardan dizayn olunan, sadə və düzgün parçalar ilə kombin etməlidirlər.
Ayaqqabı olaraq, daha sadə, alçaq topuqlu ayaqqabılara üstünlük  verməlidirlər.
Aksesuar olaraq isə, daha çox fülar ve zərif şapkalardan istifadə olunmalıdır.
Moda tarixində eleqant stilə sahib olan moda ikonlarından bəziləri: Audrey Hepburn, Grace Kelly, Lady Diana ve s., indiki dövrdə isə, Ulyana Sergeenko’ nu misal göstərmək olar.

Zəhra Həsənli