“Parisian” stil

“Parisian” stil, Parisli qadının geyim və həyat tərzini ifadə edir.Modanın mərkəzi olan Parisdə sıx -sıx görə biləcəyiniz parisian qadınların stilindən ilham alaraq siz də parisli ola bilərsiniz. Qaderobunuzdaki əsas parçalar ilə bu stili yaratmaq mümkündür.

Paris qadınları zaman keçdikcə özlərinə aid ideal stili düzəltdilər və illərdir bu stili pozmadan davam elətdirdilər. Qarderobunuza əlavə edəcəyiniz bir neçə parçalar və stil məsləhəti ilə parisian bir qadın kimi görünə bilərsiniz.
Parisian stil üçün əsas parçalardan biri zolaqlı t-shirt və köynək modelləridir. Qarderobunuzda bir neçə zolaqlı parçalar ilə stilinizə sadə və şık bir toxunuş edə bilərsiniz.Dağınıq saçlar və sadə bir makyaj bu stil üçün idealdır.
Parisian stildə cins seçimi vacibdir.Üstünüzə yaxşı oturan, sizi həmişə özgüvənli və gözəl göstərdiyinə əmin olduğunuz yaxşı cinsi rahatlıqla istifadə edə bilərsiniz.
Parisian stilin ən vacib aksesuarlarından biri şapkalardır.Həm qışda,həm də yay aylarında rahatlıqla istifadə edə biləcəyiniz şapka modelləri ilə stilinizi tamamlaya bilərsiniz.