Küçə dəbindən yadda qalanlar…

Payız və qış ayları yağmurlu, soyuq, tutqun olsa da,  2017-ci ilin payız və qış aylarında küçələr “fashionista” ların geydiyi rəngli üst geyimləri, fərqli və diqqət çəkən aksesuarlarla rəngləndi. Dəb Həftələri bitər-bitməz, dəbli xanımlar podiumda gördüyümüz çılğın geyimləri küçələrə daşımağa başladılar. Küçə dəbi hər il olduğu kimi, bu il də, bizi heyrətləndirdi. Qışın qarlı havasına baxmayaraq qısa, nazik və rəngli gödəkçələr, üst geyimlərində və aksesuarlarda xəz detalları yenə də, diqqət çəkən parçalar oldu.

2017-ci ilin küçə dəbindən bəzi görüntüləri sizlərlə paylaşaq.  Milan küçələrindən görüntülərin çoxu Diego Zuko, Paris  və NYC dan görüntülər isə Sandra Semburg-a məxsusdur.

Əsmər Göyüşova