Kristen Dunst hamilə tərzi

 Növbəti hamilə ulduz məşhur Hollywood aktrisası 35 yaşlı  Kristen Dunstdır. Kristen  “Fargo” serialının çəkilişləri zamanı tanış olduğu Jesse Plemon ilə 2017-ci ilin fevralında nişanlanmışdır. Hamilə olduğu xəbərini aktrisa rəsmi olaraq hələ açıqlama da, yuvarlaq bədən xəttlərini paparazilərin kameralarından gizləyə bilmədi. Bu yaxınlarda paparazilər aktrisanı Los-Angels şəhərində görüntülədi. Olduqca xoşbəxt və məmnun görünən aktrisa həmişəki kimi  zövqlü görünürdü. Qısa ətək boz rəngli əlbisəsini  qara gödəkçə və eyni rəngdə opak corab və batilyon ilə tamamlamışdı. Dizdən, xırda güllü tünd göy əlbisəsinə seçdiyi Gucci loaferi olduqca tərz və yerində görünür. Yaxa qisminin bağlı olması əlbisəyə vintaj hava qatır. Volanlı, ultra mini bol qara əlbisəsində Kristen çox havalı fərah görüntü içindədir. Görünüşə görə hamilə olmaq aktrisa üçün qısa ətəklərdən vaz keçməyə səbəb deyil. Və olduqca haqlıdır. Düzgün və sport ayaqlara sahib olan aktrisa bunu çox gözəl vurğulaya bilir.

Hamiləlik obrazlarına nəzər yetirdikdə görmək olar ki, Kristen, öz aralarında mükəmməl uyğunlaşa bilən geyim və aksessuarlardan ibarət minimalistik qarderoba sahibdir. Kristeni hamilələrə özəl geyimlərdə çox az görmək olar.Ümumiyyətlə günümüzdə dəbdə olan geyimlərin əksəriyyəti oversize və olduqca rahat geyimlər olduğu üçün hamiləlik dövründə də xanımlarımız tərəfindən rahatlıqla seçilə bilər.

Sevil Sayılova