Pantone ilin rəngini təyin etdi…

Pantone Rəng İnstitunun versiyasına görə 2018-ci ilin rəngi ultra bənövşəyidir.  Bu rəng bizə 80-90-cı illəri xatırladaraq nostalji hisslər yaradır.

Carolina Herrera, Nina Ricci, Chanel , Valentino, Alberta Ferretti moda evlərinin kolleksiyalarında yer alan ultra bənövşəyinin 2018-ci ilin favori rəngi olacağından xəbər verdi.

Bu il bənövşəyi rəngi və onun bütün çalarlarını geyimlərdə, aksessuarlarda, makiyaj və saç trendlərində görəcəyik. Öz möhtəşəmliyi ilə seçilən bənövşəyi rəngə qarderobunuzda yer verməyi  əlbəttə ki düşünürük. Lakin bu rəngdə geyimlərin kombinlənməsində  biraz çətinlik çəkə bilərik.  İlk öncə dəri tipimizə uyğun tonlarını seçmək lazımdır. Daha sonra isə hansı rəngdə olan geyimlərlə kombinləyəcəyimizi…Bej, boz, mavi, sarı, xardal, bordo, qəhvəyi rənglərlə bənövşəyinin fərqli çalarlarında olan geyimləri birləşdirərək daha sakit və dəbli görüntüyə imza atmış olarıq. Və ya daha cəsarətli seçimlər edib bənövşəyinin fərqli çalarları ilə “ton sur ton” kombinlər yaratmaq olar. Nəzərə çarpmayan geyimlərə üstünlük verən xanımlar bənövşəyi rəngdə aksesuar istifadə edə bilərlər. Belə vurğunu çanta, şarf,kəmər, ayaqqabı hətta geyimlərin düyməsinə də etmək olar.

Kolorist  və vizajistlər cəsarətli olub,kosmik bənövşəyi çalarını saç və makiyaj da istifadə etməyi məsləhət görür.

Sevil Sayılova