Moda opera əlcəklərini sevir!

Uzun opera əlcəkləri – dəb dünyası və dəb tarixində böyük rol oynamış aksesuardır. Bu əlcəklər dirsəyi örtüb, qolun əzələli hissəsinə kimi, bəzən də, qoltuq altlarına qədər uzana bilən iddialı əlcəklərdir. Uzun opera əlcəkləri Regency erasında-Napaleon dövründə yaranmışdır. İlk olaraq kral ailəsinin qadınlarının incə qollarını bəzəyən bu əlcəklər, illər sonra Böyük Ekrana çıxmış və Hollywoodda yayılıb, xanımların ən yaxın dostuna çevrilmişdir. Grace Kelly, Audrey Hepburn sayəsində əlcəklər bütün dünyaya yayılmışdır.

Moda opera əlcəklərini sevir!  Bu əlcəklər bir çox dəfə dəb dünyasında trend olub öz sözünü demiş aksesuardır. 2017, 2018 payız/qış və hətta yaz aylarının dəfilələrində dizaynerlər bu detalı öz kolleksiyalarında nümayiş etdirdi.Müasir dizaynerlər daha cəsarətli davranıb, opera əlcəklərini yalnız üst geyimləri ilə deyil,  don, bluz,  kostyumlar, üzərində iri üzük və qolbaqlarla kombinləyiblər.

2017-2018 dəfilələrində opera əlcəkləri neon rəngləri ilə yanaşı tünd qara rəng və  qəhvəyi rənglərində olub, dirsəkləri ötüb keçən uzunluqlu və özündə vampir ehtirası  ilə dolu bir görünüşü əks etdirdi.

Bu əlcəklərdən istifadə etmək istəyirsinizsə, ilk öncə Altuzarra-nın təklif etdiyi şokolad qəhvəyisi rəngində dəri əlcəklərinə və ya qara və qan qırmızı rəngində zolaqlı dəri əlcəklərinə nəzər yetirin.

Ondan sonra Yves Saint Laurent-in və Michael Kors-un qara rəngli dəri opera əlcəklərinə keçin ancaq, Kenzo’nun  yarı ağ, yarı qara  sehirli dəri əlcəklərini də unutmayın.

Əsmər Göyüşova