Onun ilham mənbəyi qadınlardır…

Bügun haqqında danışacağımız dizayner Diane Von Furstenbergdir,O, 31 Dekabr 1946 -cı ildə Belçikada anadan olmuşdur.Universitetdə oxuyarkən Egon Von Furstenberg ilə evlənərək New York şəhərinə köçür və şəhərin ulduzu halına gəlir.Kariyerasında isə ona kömək edən “Vogue” jurnalının redaktoru Diane Wreeland olmuşdur.
Diane Von Furstenbergin moda dünyasına adını yazdırması 1970-ci ildə podiumlara gətirdiyi “wrap dress” paltarı sayəsində gerçəkləşdi.
Öz adını daşıyan markasını qurduğu gündən bu tərəfə hər zaman yeni düşüncələr və işlər ilə modaya istiqamət verən və onu hər zaman bir addım iləriyə götürən Diane son zamanlar isə ətirləri ilə özündən söz etdirir. Bu ətirləri yaratmağında səbəb isə qadınların özlərini fərqli, güclü və cazibədar hiss etməklərini hədəfləməsidir.
72 yaşı olmasına baxmayaraq olduqca gözəl və sağlam görünən dizayner saçlarını boyamağa başladığı gündən boyalardan qaçır və saçlarına rəng vermək üçün xınadan istifadə edir.

“Qadınlar mənə ilham verir. Mən də onlara ilham vermək üçün dizayn edirəm ” deyən Diane-ın adını tez-tez xeyriyyə və qadınlara dəstək kampaniyalarında görmək olar
Zəhra Həsənli