Avanqard stil

Avanqard stil-fərqli ləvazimatlardan istifadə edərək dizayn edilən geyimlərdir. Moda dünyasında, gündəlik həyatda geyinə bilməyəcəyiniz lakin, fərqli və yaradıcı ləvazimatlardan hazırlanan geyimləri üçün istifadə edilən ifadə daha çox moda həftələrində,çəkilişlərdə qabağımıza çıxır.

Bu stilin detallarını gündəlik həyatımızda da istifadə edə bilərik.Avanqard geyim stilindən detallar götürərək fərqli aksesuarlar və geyimlərdə istifadə etmək olar.Məsələn, istifadə etmədiyiniz bir əşyadan aksesuar və ya belinizə kəmər düzəldə bilərsiniz.Beləcə, həm özünüzə məxsus stiliniz, həm də avanqard geyim tərzi sizi ən fərqli şəkildə göstərmiş olar.

Zəhra Həsənli