Zövqlü və romantik…

Zövqlü və romantik…

Hər nə qədər çılğın romantizmləri bizə xitab etməsə də, hər birimizin ağlında ən az bir dənə, uyumları, gözalıcı gözəllikləri və stilləri ilə ürəyimizi fəth etmiş məşhur cütlük vardır. Bəzən onlara o qədər heyran oluruq ki, öz həyatımızda istər-istəməz, seçici davranmağa başlayırıq. Artıq, adi cütlüklər də hər şeydən əvvəl geyimdə onlara bənzəməyə çalışırlar.  Niyə? Çünki kənardan baxdıqda ən romantik görünənlər, zövqlü cütlüklərdir. Şəhərin mərkəzi küçələrində gəzərkən,  bunun daha yaxından şahidi ola bilərik. Elə cütlüklər hər zaman ən çox baxılır və diqqət mərkəzində olurlar.

Bəs son zamanlarda bütün dünyanın diqqətini çəkməyi bacaran cütlüklər kimlərdir və onların sirləri nədir?

  1. Ən gənc və ən məşhur ikili, Gigi Hadid və Zayn Malik cütlüyüdür. Hər ikisinin çox geniş “fan” kütləsi var. Onlar medianın sevimli cütlüyüdür. Tez-tez Dəb həftələrində  gördüyümüz bu cütlük, hər dəfə fərqli rəng və parçalardan ibarət, lakin, bir yerdə bir bütün kimi görünən geyimləri ilə bizi valeh edirlər.

 

  1. Stil dedikdə ilk ağıla gələnlərdən biri də, möhtəşəm cütlük Victoria və David Beckham cütlüyüdür.  İllərdir moda dünyasının sevimli cütlüyü olmağı bacaran bu ikili, yalnız stilləri ilə deyil, uzun zaman davam edən xoşbəxt evlilikləri ilə də  illərdir göz önündədirlər.

  1. Blake Lively və Ryan Reynolds cütlüyü medianın önünə gec-gec çıxan, sakit, evli həyat yaşayan cütlükdür. Bu cütlüyün geyim stili və uyumları hər zaman kritiklər tərəfindən müsbət rəylər alır.

  1. Son zamanların ən məşhur tv-serialı “Game Of Thrones” un iki qəhrəmanı, nişanlı cütlük Kit Harington və Rose Leslie. Daha çox “casual” stilləri ilə diqqət çəkən cütlük aksesuar seçimləri ilə bütün görünüşlərinə rəng əlavə edə bilirlər . Ona görə də, Hollywood-un ən “cool” cütlüklərindən biri sayılırlar.

Əsmər Göyüşova