Balenciaga paparazzilərdən qaçarkən…

Balenciaga paparazzilərdən qaçarkən…

Yazın dəb trendləri moda həftələrində təqdim olunan kolleksiyalar ilə aydınlaşdı. Artıq yaz qarderobumuzda nələrin olacağını bilirik.  Bir neçə gün öncə Balenciaga brendi  yaz-yay kolleksiyasının “No cameras, no paparazzi”  reklam kompaniyasını yayımladı. Lotta Volkova tərəfindən stilizə olunan bu çəkiliş ilk olmasa da, böyük marağa səbəb oldu. Təqdim olunan reklam, özümüzü dünya şöhrətli ulduzlar kimi hiss etməmizə səbəb olacaq.

  -Niyə məhz dünya şöhrətli ulduzlara bənzəyəcəyik?  Çünki  reklam çəkilişində modellər,  paparazzilər tərəfindən izlənən və hər an şəkilləri çəkilən ulduzlar kimi üzlərini bağlayır, cangüdənlərinin arxasında gizlənir və ya tez öz maşınlarına tərəf qaçırlar.

Kolleksiya həqiqətən ulduzların seçim edəcəyi xit parçalardan ibarətdir.Üstü Balenciaga yazılı iri çantalar,qəzet printli köynəklər, şotland damalı paltarlar, qızılı aksessuarlar,polietilen gödəkçələr yaz-yay sezonunun “must-have” parçaları olacaq. Mesaj alınmışdır!!!

 

Sevil Sayılova