Kolizey Bella Hadidin əllərində…

Kolizey Bella Hadidin əllərində…

B.zero1 üzükləri Bvulgari zərgərləri tərəfindən  Roma şəhərinin abu-havasından ilhamlanaraq 20 il bundan öncə yaradılmışdır. Kolizey görünüşlü və enli qızıl formalı bu aksessuarlar olduqca bəyənilmiş və simvol halına gəlmişdir. 2016-cı ildə məşhur arxitektor Zaha Hadidin iştirakı ilə B.zero1 -ın yeni versiyalı kolleksiyası təqdim olunmuşdur. Ötən il isə Bvulgari moda evi memarın xatirəsinə həsr olunmuş qiymətli zinət əşyası ilə çıxış etdi.

B.zero1 -ın bu ilki siması Bella Hadid-dir. Klassik görünüşünə qatılmış zərif brilliant dənələri ötən ilki futuristik formasına güclü və əzəmətli təsir bağışlayır.

Sevil Sayılova