Bəs siz Sevgililər Gününə hazırsınız?

Bəs siz Sevgililər Gününə hazırsınız?

Hər il fevral ayı sevgililərin bir-birlərinə hədiyyə almaq təlaşı ilə başlayır. Çiçək buketi, parfüm, ürək formalı tortlar, yumşaq ayı oyuncaqlar hər nə qədər romantik və sevimli görünsə bəzən sıradan da ola bilir. Bu səbəbdən sevgililər qeyri-adi hədiyyə axtarışına çıxaraq, bir-birilərini  təəccübləndirməyə çalışırlar.  Fərqli hədiyyə axtaranlara Beyonce-un və Louis Vuitton-un kolleksiyası əla ideya ola bilər.

Bu il Beyonce “ Sevgililər Gününə” özəl kolleksiya buraxdı. Kolleksiya üzəri yazılı  köynək və sweatshirt-lərdən ibarətdir. “ K is for King” yazılı və üzəri müğənninin öz şəklinin təsviri olan  sweatshit, “All night” yazılı unisex t-shirt və başqa geyimlər artıq alıcılarının yolunu gözləyir.

Digər çox özəl hədiyyə variantı Louis Vuitton brendi tərəfindən təqdim olundu. Xırda brilliant daşlarla bəzədilmiş ürək formalı sırğalar həm ağ həm də sarı qızıldan hazırlanmışdır. Brendin loqosu olan dəri qolbağlara, kulonlara, boyunbağı və üzüklərə  “Sevgililər Günü”nün əsas simvolu olan qıfıl ürək formalı detalı əlavə olunmuşdur.

 

Bundan başqa “Calzedoniya” brendi də öz kapsul kolleksiyasını buraxdı. Kolleksiyada ürək printli, bant detalları ilə dekor edilmiş  corablar, incə neylon thigt-lar yer alır.

“Je taime” yazılı fishnet tight- lar kimi  modellər kolleksiyanın klassik abu havasına romantiklik və fərqlilik qatır.

Sevil Sayılova