Onlar “Oscar” mərasiminə hazırdılar…

Onlar “Oscar” mərasiminə hazırdılar…

Bazar ertəsi Los Angeles’da keçirilən 2018 “Oscar” nominantlarının nahar yeməyində bu ilin ən yaxşı filmlərinin ulduzları qırmızı xalçaya çıxdılar.

Tədbirdə moda dünyasının diqqəti ilin “ən yaxşı qadın aktrisası” kateqoriyasında yarışan iki xanımın- Margot Robbie və Saoirse Ronan’da idi.

Aktrisalar hündür, şık sandalları və zərif paltarları ilə yadda qaldılar.

Margot Robbie Chanel’in 2018 payız öncəsi kolleksiyasından miniatür əlbisəni qara çanta və nazik, hündür, qara rəngli sandalları ilə kombinləmişdi.

Saoirse Ronan Cushnie et Ochs dan narıncı rəngli zərif paltarı və Rupert Sanderson dan çəhrayı rəngli, məxməri, hündür sandalları ilə diqqətləri çəkdi.

Greta Gerwig tvit parçalı, diz yırtmaclı Chanel əlbisəsi ilə…

Laure Metcalfe uzun qara və qızılı printli, dərin V yaxa dekolteli əlbisəsi ilə gecədə yadda qalan isimlərdən oldu.

Mary J. Blige  ağ uzun çəkmələri və ağ əlbisə geyərək, qırmızı xalçada ağ-appaq görüntü yaratmışdı.

Gəcənin yadda qalan xanımlarından Sally Hawkins tünd göy rəngli, ağ işləməli pencəyi və boş şalvarı ilə pijama trendini bizə bir daha xatırlatdı.

Əsmər Göyüşova