Çimərlik mövsümünə hazırlaşaqmı?

Çimərlik mövsümünə hazırlaşaqmı?

Fitnes, pilates, detoks və pəhrizin müasir qadınların həyat tərzinə çevrildiyi doğrudur.Xüsusi ilə, yay aylarında çimərlik geyimlərini cəsarətlə geyinə bilmək üçün, xanımlar qışdan aktiv və sağlam həyat tərzinə keçirlər.

Vaxtı-vaxtında idman etmək, pəhriz saxlamaq çətindir düzdür… Ona görə özümüzü ruhlandıracaq şeylər tapmalıyıq. Əlbəttə ki, geyim və makiyaj…

Necə edək ki, həm idman edib həm gözəl görünə bilək?

Bunun üçün 2017/2018 qış ayının bir neçə “sport look”-larına nəzər salmalıyıq.

Selena Gomez kimi  klassik sport stilində görünmək istəyirsinizsə, qısa şort, qısa topiklər və sadə idman  ayaqqabıları seçə biləriniz.

Əgər sport geyimlərinizin trendlərə uyğun olmasını istəyirsinizsə, o zaman Gigi Hadidin sport stilinə diqqət yetirin.

Əgər hər şeyin sadəsindən yanasınızsa və Karlie Kloss kimi sportda minimalist görüntü yaratmaq istəyirsinizsə, o zaman neytral sport rəngləri və sadə t-shirt,sadə lasin seçməyə çalışın.

Bəs idman və makiyaj bir-biri ilə nə dərəcədə uyumludur?

Val Garland  Giambattista Vallinin kolleksiyasının nümayişində modellərdə tuşsuz, bazasız pomadasız, ancaq, nəm, işıqlı dəri və təbii çəhrayı rəngli allıqdan istifadə etmiş və bunu “Gym Skin” adlandırmışdır.

Ona görə də çalışın idmana gedərkən kosmetik vasitələrdən az istifadə edin, sanki, bu dəqiqə “Jumping Jacks” hərəkəti etmisiniz, dəriniz biraz nəm olub və azacıq qızarıb.

Əsmər Göyüşova