AmFAR-dan seçdiklərimiz…

AmFAR-dan seçdiklərimiz…

QİÇS Araşdırma Fondu AmFAR-ın hər il New York-da keçirdiyi qalası, incəsənət və moda dünyasını bir məkana topladı. Gecənin göz alıcı stillərini sizlər üçün seçdik.

1 – Heidi Klum  Zuhair Murad dizaynı olan dərin yırtmacı ilə diqqət çəkən qara don seçmişdi.Donun üzərindəki mavi və gümüşü rəngli daşlar diqqət çəkirdi. Klum geyimini sadə aksesuar və ayaqqabıları ilə tamamlamışdı.

2 – Olivia Culponun 2 fərqli tondakı geyimi Redemption imzası daşıyırdı. Tək çiyni açıq olan üst hissəsi gümüş işıltılar ilə parlayarkən, ətək hissəsindəki uzun quyruq detalı geyimə dramatik bir hava verirdi. Ayaq hissəsindəki bant detalı isə geyimdə fərqli bir toxunuş buraxmışdı.

3 – Gecənin ən göz alıcı qadını qara və parlaq  tüldən hazırlanmış Armani donu ilə 26 yaşındaki model Sara Sampaio oldu. Sampaio, aksesuarları və saç düzümü  ilə  zərif və şık obrazını tamamlamışdı.

4 – Hailey Baldwinin fil dişi rəngli, naxışlı geyimi Roberto Cavalli tərəfindən dizayn olunmuşdu. Uzun qollu geyimin qol hissəsindəki tül detalı diqqət çəkirdi. Dairəvi kəsimli, qapalı yaxalı geyimdə bel dekoltesi istifadə edilmişdi. Baldwinin bu donla istifadə edtdiyi sport stilində saç stili xoş bir fərqlilik yaratmışdı.

5 – Lucy Hale qırmızı rəngli, muncuq işləməli donu Jenny Packham tərəfindən dizayn edilmişdi.

6 – Hannah Fergusonun bu özəl gecə üçün seçimi Türkiyənin tanınmış dizaynerləri Raisa&Vanessa oldu.

Zəhra Həsənli