Dəriyə yeni nəfəs

Dəriyə yeni nəfəs

Yeni sezonda tez-tez görəcəyimiz yumşaq, süni dəri parçalar bu ilin trendləri arasında öz yerini almışdır.

Payız ya da yaz kimi  keçid mövsümlərin ən favorit və lazımlı parçası dəri pencəklərdir. Çox vaxt fərqli və asi stillərlə birlikdə kombinləməyə alışdığımız dəri parçalar bu sezon qələm ətəklər,şortlar və don olaraq qarşımıza çıxacaq.

Yves Saint Laurent-ın dəfiləsində gördüyümüz valanlı, fırfır detalı olan dramatik dəri geyimlər, Calvin Klein və Stella McCartney-də yerini bol kəsim 2 parçadan ibarət olan kostyumlara buraxır. Bu formada rahat və yumşaq dəridən dizayn olunan parçalar, sadəcə gecə kombinlərinin bir parçası deyil, gündüz ofis stilinizə də asanlıqla uyğunlaşacaq. Dəri parçaları qabağa çıxartmaq üçün digər istifadə etdiyiniz ayaqqabı ya da aksesuarlarda minimal seçimlər etməyə diqqət edin.

Zəhra Həsənli