Metal detalları qarderobundan əksik etmə…

Metal detalları qarderobundan əksik etmə…

Metallik detallar son vaxtlarda məhşur moda evlərinin kolleksiyalarının ən çox istifadə etdiyi parçalar arasındadır. Bu parçalarla fərqli bir stil necə yarada bilərik?

Bu sezon aksesuarlardan başqa metallik pencəklər və şalvarlar olduqca trenddir. İddialı və göstərişli bir şəkildə futuristik trendini əks etdirmək üçün metalik pencək və ya şalvarları seçim edə bilərsiniz. Çox iddialı olmaq istəmirsinizsə, ayaqqabı və ya çanta seçiminizdə bu trendi istifadə edə bilərsiniz.

Sport, feminen, gündəlik və ya gecəlik stillər yarada bilərsiniz.Sport stil üçün gümüş bir sport ayaqqabı və ya şalvar seçim edə bilərsiniz.Daha feminen bir stil üçün gümüş stilettolar, çantalar və ya metalik paltolar istifadə edin. Çox iddialı olmadan, metallik parçaları qarderobunuzda istifadə edərək yeni trendi gündəlik həyatınıza daxil edə bilərsiniz.

Bu stildən yararlanmaq istəyirsinizə, bu sezon çox gördüyümüz monoxromatik stili metallik parçalarda istifadə edin. Başdan aşağı gümüş bir kombinlə həm havalı, həm də çox iddialı bir görünüş ortaya çıxara bilərsiniz. Tək bir parçanı ağ ya da qara tonlarında seçib bu stili daha da sadələşdirə bilərsiniz. Uzun gümüş bir paltonu eyni tonlarda bir şalvar və ağ bir kofta ilə kombin etmək də fərqli bir seçim ola bilər. Siz də metallik detallardan yararlanın….

Zəhra Həsənli