Carolina Herrera son kolleksiyasını təqdim etdi

Carolina Herrera son kolleksiyasını təqdim etdi

Carolina Herrera- dəb aləminə öz imzasını atmış, zərif, həssas, duyğulu qadın obrazına qatdığı maskulən toxunuşlu detallar ilə fərqli, güclü eyni zamanda eleqant qadın geyim kolleksiyaları ilə tanınan Venesuelalı dizaynerdir. Yaxası düyməli ağ  köynəy ilə tafta ətəkdən və incə kəmərdən  ibarət zamansız və qüsursuz kombin məhz onun adı ilə bağlıdır.

 

     Bu il sonuncu PQ 2018 kolleksiyasını təqdim edən Carolina otuz yeddi il çalışıdığı “Carolina Herrera” moda evini tərk edir. Kreativ direktor postunu isə 31 yaşlı Wes Gordon tutacaq.  Carolina özü isə brendin beynəlxalq səviyyədə təqdimatçısı olacağını bildirdi.” Mən getmirəm, irəliyə doğru hərəkət edirəm!” deyərək 79 yaşlı Carolina öz brendini tərk etmədiyini bildirdi.

Carolinanın New-York moda həftəsi ərəfəsində  təqdim etdiyi son kolleksiya özünəməxsus rəngarəng yorumu ilə tamamlanan geyimlərdən ibarət oldu.Yaxası ağ-qara leopar xəzli, parlaq sarı paltodan tutmuş zərif bluz, incə əlbisə və ətəklər, yaquar printli geyimlər… Geniş rəng assortimentində təqdim olunmuş kolleksiya,  müasir qadının tələblərinə cavab verən eleqant və dinamik, zərif eyni zamanda güclü obrazlardan ibarətdir.

Sevil Sayılova