Bafta – da qara rəngin əsaləti

Bafta – da qara rəngin əsaləti

Fevralın 18-i Londonda 71-ci BAFTA Film Mükafatları Royal Albert Hall-da  keçirildi. Qara rəngin “dress code” olduğu mərasimə dəvət alan məşhurlar yenə də yadda qalan obrazlar yaratmışdılar. Qaranın göz alıcı əsaləti  fərqli model və fakturalı geyimlərdə birləşərək ulduzların obrazlarını möhtəşəm və bənzərsiz etdi .

Mərasimdə  Angelina Jolie, Margot Robbie, Salma Hayek, Kate Middleton, Emma Roberts, Helena Bonem Karter və başqa məşhurlar iştirak etdi.

Mükafat gecəsi  Elie Saab, Gucci, Alberta Ferretti, Bibhu Mohapatra, Dolce and Gabbana, Cristian Dior, Ralph&Russo imzalı geyimlər, eləcə də  Tiffani & Co, Harry Winston, Graff, Chopard zinət əşyaları cazibələri ilə bir-birilə yarışan obrazlarla zəngin idi.

Şübhəsiz tədbirin ən yadda qalan qonağı isə şahzadə Kate Middleton oldu.O, tədbirə Jenny Packham imzalı tünd yaşıl paltarla qatılaraq unudulmaz obraz yaratdı.

Sevil Sayılova