Mətbəxdən qarderoba gələn trend

Mətbəxdən qarderoba gələn trend

Bu il trenddə olan  plastik aksesuar və üst geyimləri  dəbsevərlərin qarderobunda xüsusi yer tutacaq. Zaman-zaman dəb aləminə qayıdan plastik,Chanel YY-2018  kolleksiyasında demək olar ki, ən çox istifadə olunan material oldu.

Eləcə də Phoebe Philo Celine moda evini tərk etməzdən öncə əyləncəli görünüşlü plastik shoper-alış-veriş çantası təqdim etdi. YY-2018  kolleksiyasına daxil olan bu “shoper” küçə dəbində həvəslə istifadə olunur.

Çox tutumlu olduğu üçün içinə digər bir çantanın da yerləşməsi , çantasına hər şeyi yığmağa çalışan bəzi  “fashion girl” lar tərəfindən yüksək qiymətləndirildi.

Burberry, Off White YY-2018  kolleksiyalarında maraqlı polietilen detalları biz modabazların gözündən qaçmadı. Ən çox küçə dəbində rast gəldiyimiz  şəffaf  polietilen aksesuarlarına və  üst geyimlərinə biz də  qarderobumuzda yer ayıraraq trendy görünə bilərik.

Sevil Sayılova