8 dizayner 1 kolleksiya…

8 dizayner 1 kolleksiya…

20 fevral Milan dəb həftəsində “Moncler Genius Building” 2018-2019 PQ kolleksiyası ilə öz açılışını etdi. Kampaniya Gamme Rouge və Gamme Bleu xəttləri üzərində işləyən dizaynerlər Giambattista Valli və Thom Browne ilə olan on illik əməkdaşlığını sonlandırdıqdan sonra yeni “Moncler Genius” lahiyəsi ətrafına səkkiz dizayneri topladı.

“One house different voices” etiketilə adları açıqlanan Valentino-nun kreativ direktoru Pierpaolo Piccioli , stilist Karl Templer Moncler 1952, Sandro Mandrino Moncler Grenoble, Simone Rocha, Graig Green, Noir Key Ninomiya, Hiroshi Fujiwara Moncler Fragment v Francesco Ragazzi Moncler Palm üçün təqdim etdikləri kolleksiya Milan Dəb həftəsində ajiotaj yaratdı. Bütün kolleksiya puxovik geyimlərdən ibarətdir.

Futuristik, qotik  tərzdə, çiçək printli, parlaq rəngli, damalı puxoviklər bu ilin dəbli aksessuarı olan “Matrix” eynəklər,rəngli corablar, mex detalları, beret, plastik çantalar  ilə tamamlanmışdır. Həmçinin, eynəyin kəmər kimi istifadə olunması marağa səbəb oldu.

Artıq önümüzdəki sezon modabazların obrazlarında nələrə üstünlük verəcəkləri bəllidir.

Sevil Sayılova