Başımı götürüb gedəcəm buralardan…

Başımı götürüb gedəcəm buralardan…

21 fevral Milan Dəb Həftəsi. Podium sözün əsl mənasında show səhnəsinə çevrildi.

Bəzən qorxu filmlərini xatırlatdı. Bəzən də cərrahiyə şöbəsinin əməliyyat otağını. Bəzi kritiklər isə” Game of Thrones”  serialının yansımasını gördüklərini dedilər. Bəli, bu əsl sənət idi. Gucci teatral effektlərlə  geyimləri  sənətə çevirməyi bacarır. Kolleksiyada olan geyimlər, podiumun abu-havasını öz zəngin və ihtişamlı görüntüləri ilə rəngləndirdi.  Məxmər parçalar, üstü işləməli turban və şallar, kristal bəzək əşyaları, qotazlı papaqlar, saçaqlar, üstü yazılı və şəkilli köynəklər və daha nələr nələr….

 

Sevil Sayılova