Fendi zərafəti Milan Moda Həftəsində

Fendi zərafəti Milan Moda Həftəsində

Dəb Həftəsinin növbəti dəfiləsi Fendi dəb evinə aid oldu.

Olduqca zərif, eleqant və şık görüntülü geyimlərə bürünən modellər klassik Fendi havası ilə podiumda addımladılar. Vinil üst geyimləri, ətəklər, çəkmələr və çantalarda damalı və Fendi logolu printlilərə geniş yer verilmişdir. Pastel tonlarındakı zərif və bədən formasını təkrarlayan geyimlər iri sırğa, ipək şərf və rəngli çəkmələrlə tamamlanmışdır.

 

Diqqət cəlb edən digər detal ağ yaxalıqlar oldu. Bu detal həm əlbisələrdə, həm də paltolarda göründü. Milan Dəb Həftəsi çərçivəsində keçən Fendi 2018-2019 PQ kolleksiyasını təqdim edən modellər arasında Gigi Hadid, Kaia Gerber, Bella Hadid kimi məşhur manikenlər yer almışdı.

Sevil Sayılova