Keçmişə düşmüş gələcək insanı

Keçmişə düşmüş gələcək insanı

Moschino  PQ 2018-2019  kolleksiyası ilə Milan Dəb Həftəsi podiumlarında Jacqueline Kennedy rüzgarı əsdirdi. Dəfiləyə çıxan bütün manikenlər Jacqueline Kennedy-nin bənzəri olmuşdu.

Əbəttə ki, bəzi dəyişikliklərə də yer verilərək. Dəriləri sarı, narıncı, göy, yaşıl rəngə boyanan manikenlər sanki “keçmişə düşmüş gələcək insanı”na bənzəyirdilər.  

Kolleksiya 60-cı illərin favorit parçalarından ibarət idi. 60-ların stil ikonu Jacqueline Kennedy tərzi olan A-siluet futlyar əlbisə, qısa əlcək, mirvari düzümü və tablet papaq brendin ilhamlanıb bu kolleksiyasını ərsəyə gətirməsinə səbəb olmuşdur.

Əsl rəng festivalını xatırladan geyimlər podiumda göz qamaşdırdı.

Sevil Sayılova