Max Mara-nın çəhrayı kürk çılğınlığı

Max Mara-nın çəhrayı kürk çılğınlığı

Max Mara moda evi 2018 PQ kolleksiyasını Milan Dəb Həftəsində podiuma çıxardı .

Klassik və eleqant geyimlərdən ibarət olan kolleksiyada rəng olaraq qara, boz, bej, çəhrayı, qəhvəyi tonlarına yer verilmişdir. Leopard, damalı, cizgili dəsənlər kolleksiyanın təməlini təşkil edir. Dəri materiallı ətək, bluz və üst geyimləri, eləcə də dirsəyədək dəri əlcəklər geyimlərin klassik görünüşünü tamamlayır.

Max Mara printli ipək parçadan əlbisə, bluz və ətəklər, həmçinin saçaqlı köynəklər və klassik kəsimli paltolar  eleqant görüntüləri ilə seçildi. Modabazların “must-have” üst geyimi olan məşhur Max Mara “teddy bear” xəz paltosu bu dəfə çəhrayı rəngdə təqdim olundu.

Sevil Sayılova