Texnika podiumları ələ keçirir…

Texnika podiumları ələ keçirir…

Sürprizlərlə dolu Milan dəb həftəsində diqqət çəkməyi bacaran brendlərdən biri də, Dolce&Gabbana oldu.

Dolce&Gabbana  2018 Payız/Qış kolleksiyasında əl çantalarının nümayişi üçün, “drone”-lardan istifadə etdi. Canlı modellərdən heç geri qalmayan “drone”-lar podiumda sıra ilə hərəkət edib,  kameralar önündə poza verib,  podiumu canlı modellərə təhvil verdilər.

Hər bir “drone” qiymətli daşa bənzər saxta, işıqlı aksesuarla bəzədilmişdi. Kolleksiya mini, tək çiyin əl çantaları ilə başladı, çantaların qara qırmızı, və ağ rəngləri eleqant və zərif görünüşə malikdir.

Bu podiumda ilk “model drone”-lar deyil və çox güman ki, sonuncu da olmayacaq. İlk dəfə Betabrand 2015-ci ildə Silicon Valley-də geyimlərin nümayişi üçün “drone” lardan istifadə etmişdi.

Maraqlıdır, gələcəyin podiumlarında bizi daha hansı sürprizlər gözləyir?

Əsmər Göyüşova