Kaia Chanel üçün…

Kaia Chanel üçün…

Moda dünyasına daha yeni qədəm qoyan, 16 yaşlı Kaia Gerber  Chanel-in Yaz 2018 əl çantası kampaniyasının üzü oldu.

 

Gənc model Karl Legerfeld-in şəxsən çəkdiyi şəkillərdə zamşa divanda ağ-qara geyimli “Mademoiselle Chanel” obrazında pozalar verdi. Parisdə zənginliyin və xatirələrin evi olan  Chanel evində çəkilən fotolar, qadınla çanta arasında olan münasibəti özündə əks etdirir.

Bu əməkdaşlıq  Kaia-nın karyerasının başlanğıcında əhəmiyyətli yer tutur və gələcəkdə onun dəb dünyasında fırtına kimi əsəcəyindən xəbər verir.

Əsmər Göyüşova