Yəhər çantalarınızın tozunu silin…

Yəhər çantalarınızın tozunu silin…

2000-ci illərin əvvəlində Christain Dior-un kreativ direktoru John Galliano tərəfindən yaradılan “yəhər çantaları” xatırlayırsınızmı?

Dior 2000-ci illərin məşhur çantasını Paris dəb həftəsində, 2018 payız/qış kolleksiyasında yenidən podiumlara daşıdı. Çantalar, üzərində Dior logolu, müxtəlif rəngdə, fərqli  materiallardan – dəri, tvit, denim və s. hazırlanıb, podiumlarda nümayiş edildi və tezliklə Dior mağazalarında vitrinləri bəzəyəcək.

Əgər qarderobunuzda köhnə yəhər çanta modeli varsa, onun tozunu silib yenidən istifadə edə bilərsiniz. Çünki, yenisini almaq o qədər də sərfəli olmaya bilər.

Əsmər Göyüşova