Yapon minimalizmi Paris dəfilələrində…

Yapon minimalizmi Paris dəfilələrində…

“H&M Studio”  Paris dəb həftəsində Yaponiyaya ekskursiya təşkil etdi…Yaz/Yay 2018  kolleksiyasını Yaponiyanın minimalist ruhundan ilhamlanaraq hazırlayan “H&M Studio”, Rue de Rivoli-də yerləşən Paris dekorativ sənətlər muzeyinin salonlarından birini Yapon restoranına çevirdi. Yerdən masalar, stul yerinə yastıqlar, nəhəng  Yapon fənərləri salonun abu havasını “befor/after show” üçün də, uyğun məkana çevirmişdi.

Kolleksiyada şərqin rahat atmosferini xatırladan elementləri görmək mümkündür.Özəlliklə,  tulumlar, başdan-ayağa printli, uzun əlbisələr, parlaq şalvar üzərinə sadə tunikalar və s. bunlara misal ola bilər.

Şouda diqqət çəkən əsas ünsürlərdən biri də, standart bədən quruluşuna və boya sahib  olmayan modellər, fərqli dəri rəngli modellər idi. Bununla da H&M kolleksiyasının bütün modellərə xitab etdiyini göstərmək istədi.

Əsmər Göyüşova