Alexa Chung stilindən ilhamlanın

Alexa Chung stilindən ilhamlanın

Moda həftələrində ən çox rastladığımız və stili ilə daim cəzb edən Alexa Chung. Təbii, sadə amma həmişə havalı və cazibədardır.Daha casual bir görünüş…
Alexa Chung bədənə oturan bir don və stillettolarla görmək imkansızdır. Həmişə rahatlıq və təbilik onun seçimidir. Qırmızı donu, ağ t-shirt ilə tamamlayaraq, şık bir donu küçə stilinə uyğun bir görünüşə gətirir, daha da havalı edir.

“İlham almaq üçün bir stil ikonunuz olmalıdır.”
Alexa Chung həmişə ən böyük stil ikonunun Jane Birkin olduğunu, hər gün onun stillərinə baxdığını və onun stilindən ilham aldığını deyir.

Klassika və əyləncə bir arada…
Qara qələm ətək və klassik bir topuqlu ayaqqabını rəngli bir sweatshirt ilə birlikdə istifadə edərək, əyləncəli bir stil yaradır. Kombinini dağınıq topladığı saçları ilə tamamlayır.

Gecə donlarının altına da qara corab geyinə bilərsiniz.
Çoxumuz gecə donlarının altına qara corab geyinməkdən qaçsaq da, Alexa Chung hər gecə görünüşünü qara corablarla tamamlaya bilər.

Converse və gecə geyimi?!
Converse-i hər məkana və zamana uyğun istifadə edə bilərsiniz. Alexa atlas bir donun altına geyindiyi bu sneaker’lərlə havalı görünməyi bacarıb.

Cins şalvarın gücü..
Qarderobundakı əsas parçalardan biri cins şalvarlardır . Chung’ın ən çox istifadə etdiyi bu parça gözəl kəsimli bir cinsin bir görünüşü necə üst səviyyəyə daşıdığını göstərir.

Həsənli Zəhra