Oscar mərasimindən yadda qalanlar

Nəhayət, ilin ən çox gözlənilən  mərasimi – Oscar 2018 dünən gecə Los Angeles-dəki “Dolby Theatre”-də  baş tutdu. Müxtəlif kateqoriyalarda yarışan filmlər, məşhurlar hər il olduğu kimi bu il də, dünyanın diqqətini o əsrarəngiz gecəyə çəkə bildi.

Gecənin ulduzu baş rollarını Sally Hawkins və Michael Shanon-un oynadığı  ilin ən yaxşı filmi adına layiq görülən “The Shape of Water” filmi oldu.

Bəs görək moda dünyasının elan etdiyi  ən yaxşı look, ən zövqlü və  gözəl ulduz kateqoriyalarında kimlər yarışdı, kimlər qazandı?

Bu ilin qırmızı xalçası daha şən daha rəngli və daha optimist oldu.

 

Margot Robbie ilin ən yaxşı qadın aktrisası  adına layiq görülməsə də,  zərif qırmızı xalça görünüşü,  populyar saç düzümü və qüsursuz təbii makiyajı ilə yadda qalmağı bacardı.

Zendaya tək çiyin  Giambattista Valli əlbisəsi ilə.

Gal Gadot gecədə  üzəri parlaq daşlarla bzənmiş Givenchy əlbisəsi və Tiffany & Co brilliant boyunbağısı ilə.

Jennifer Lawrence parlaq pullu Dior əlbisədə.

Saoirse Ronan açıq çəhrayı rəngli Calvin Klein by Appointment əlbisəsi ilə.

Nicole Kidman Armani Privé əlbisəsində.

Keçən ilin ən yaxşı qadın aktrisası seçilən  Emma Stone  Louis Vuitton kostyumunda.

Bu il ən yaxşı qadın aktrisa və ən yaxşı köməkçi qadın aktrisası adına layiq görülən xanımlar Frances Mcdormand və Allison Janney  oldu. Frances Mcdormand  qara qızılı uzun əlbisəsi  və qısa saçları ilə gecənin zövqlü xanımları sırasında yer ala bildi.

Əsmər Göyüşova