Qırmızı ayaqqabı axtarmağın vaxtıdır

Qırmızı ayaqqabı axtarmağın vaxtıdır

Keçən sezon ağ ayaqqabılar, əsasən ağ botlar moda dünyasında trend halına gəlmişdi. Məşhur moda evlərindən ilham alaraq markalar da kolleksiyalarında ağ botlara yer verdi. Ancaq ,bu trendi əvəzləyəcək bir trend bu il qarşımıza çıxır.

Givenchy kimi məşhur moda evləri klassik ayaqqabı modellərinə qırmızı rəng seçimi əlavə etdi. Ağ ayaqqabıların yerini bu sezon qırmızı ayaqqabılar alacaq.
Qırmızı ayaqqabı modellərinə baxdığımızda fərqli modelləri görürük. İstər sport ayaqqabılarda olsun, istər hündür dabanlarda qırmızı trendinin hakimiyyətini görəcəyik. Bu sezonun trendi olan corab-botlarda qırmızının olduqca diqqət çəkici göründüyünün şahidi oluruq.

Sport şık üçün denim tərzini qırmızı sport ayaqqabılarla birləşdirin. Çox sadə geyindiyiniz bir gündə isə stilinizə enerji qatmaq üçün qırmızı dodaq boyası və qırmızı ayaqqabılara üstünlük verin. Cazibədar və feminen stilləri sevən qadınlar bu trendi çox sevəcəklər.

Qırmızı ayaqqabıları başqa rənglərdə geyim və aksesuarlarla tamamlayaraq, baxışları ayaqqabılarınıza çəkə bilərsiniz.

Həsənli Zəhra