Skinny cinslər keçmişdə qaldı, indi skinny günəş eynəklərinin zamanıdır…

Skinny cinslər keçmişdə qaldı, indi skinny günəş eynəklərinin zamanıdır…

Skinny jeans-lər keçmişdə qaldı indi trend skinny günəş eynəkləridir…


Keçən sezondan etibarən məşhurlar ilin günəş eynək trendini müəyyən etdi .Bella Hadid, Selena Gomez və bir çox məşhur kameralara skinny eynəkləri ilə görüntü verdi. Artıq “oversize” şüşələrin vaxtı sona çatdı.
Bu eynəklərə əslində 90-cı və 2000-ci illərin əvvələrində rast gəlmişdik.

Günəş eynəklərinin əsas məqsədi gözlerinizi günəşdən qorumaq ola bilər… Bu skinny eynəklər əllərindən gələni etsələr də, onların daha vacib bir missiyaları var, çox cool görsənmək! Burnunuzun ucuna taxdığınız skinny günəş eynəkləri, gözünüzü işıqlardan qorumaqdan çox trend bir aksesuar işini görür.


Fərqlilik axtaran xanımlar bu trendi çox sevəcəklər.Stilinizə fərqli bir hava qatmaq istəyirsizinzə mütləq bu eynəkləri istifadə etməlisiniz.Rəngarəng skinny eynəkləri, istədiyiniz rəngdə olan geyimlə kombin edə bilərsiniz.Hətta monoxromatik bir stiliniz varsa, bu eynəklər stilinizə fərqli bir hava qazandıracaqdır.

Əgər sizdə fərqli olmaq və stilinizdə şık bir görüntü yaratmaq istəyirsinizə bu eynəklər tam sizlikdir….

Həsənli Zəhra